QAZ TƏMİNATINDA YENİ DÖVR BAŞLAYIR
Bakqazdan sonra Bakı Magisitral Qaz Kəmərləri idarəsi də ləğv olunacaq

Azərbaycanda qaz təchizatında yeni dövr başlayır.

"Azəriqaz"-ın Dövlət Neft Şirkətinə birləşdirilməsi ilə başlayan islahatlar davam edir. Hədəf Avropa standartlarına uyğun xidmət verməkdir. Bu məqsədlə Avropanın nüfuzlu Neon şirkəti ilə əməkdaşlıq edilir. Azərbaycanın qaz təminatının yaxşılaşdırılması üçün böyük layihə hazırlanıb.

"Azərqaz" 3 pilləli sistemlə idarə olunacaq. Ən üst pillə Dövlət Neft Şirkəti, sonra Azəriqaz, sonra isə yerlərdəki qaz idarələri. Bunların xaricindəki qurumlar ləğv ediləcək. Layihə təxminən 4 milyard manata başa gələcək. Sistemin tətbiqi ilə ödəmələr və idarəçilik kompyuterlə həyata keçiriləcək. Bununla həm subyektiv amillər aradan qaldırılacaq, həm də qaz itgi və israfının qarşısı alınacaq. Bütün abonentlər smart sayğac sisteminə keçəcək. Yəni bütün ölkədə qaz sayğacları yenidən dəyişdiriləcək. Yeni sayğaclarla abonent istifadə edəcəyi qazın miqdarını kontur kimi karta yükləyəcək.

Layihə çərçivəsində infrastrukturda da böyük dəyişikliklər olacaq. Məsələn təkcə Bakıda normal qaz təchizatını təşkil etmək üçün 1470 kilometr boru tələb olunur.

Dövlət Neft Şirkəti kadr hazırlığına da diqqət ayırır. Şirkət universitet tələbələri üçün təsis etdiyi təqaüdləri sahiblərinə təqdim edib. Müxtəlif universitetlərin 100 tələbəsi hər ay dövlət neft şirkətindən 70 manat təqaüd alacaqlar. Tələblərə kartları Rövnəq Abdullayev və Təhsil nazirinin müavini Elmar Qasımov veriblər.

 

 

Bu Xəbər 02.02.2010 - 17:59:39 Tarixində Əlavə Edilib və 465 Dəfə Oxunulub
Xəbəri Facebook'ta Paylaş  
Oxuyucu Şərhləri
Xəbərə Şərh Olunmamıştır...
Digər Xəbərlər
Meksikalı iş adamları Bakıda
Rusiyada kartofun qiyməti bahalaşır
İran Azərbaycandan aldığı qazın həcmini artıracaq
Bakıda torpaq sahələri ucuzlaşa bilər
Neftin bahalaşması davam edir
Saxlama müddəti ötmüş 512 kq ərzaq məhv edilib
Dünya bazarında ərzaq məhsulları 5% bahalaşıb
Taxtanın qiyməti qalxa bilər
Azərbaycan Rusiyaya satdığı qazın həcmini artıra bilər
Neft yenidən bahalaşıb
Azərbaycanın şimal-qərb rayonlarında unun qiyməti artıb
Rusiya taxıl ixracına qadağanı qismən aradan qaldırdı
Neftin ucuzlaşması davam edir
Meyvə-tərəvəz istehsalı azalıb
İran Ermənistana buğda ixrac edir
Ətdə artım olacaq
Neft yenidən bahalaşıb
Azərbaycan taxılını Qırğızıstandan alacaq
Bakıda bal yarmarkası açılacaq
Rusiyada qazanc çoxalıb
FOTO QALEREYA
Bütün Qalereyalar
Syuzan Boyl 2-ci oldu
Xəyallar gerçək oldu
Balaca Quran
 Copyright © 2009 Xəzər TV M.M.C. Bütün Hüquqları Qorunur
Günlük xəbərlərə abunə olmaq üçün :
E-mail: