Fevralın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 2,80 dollar və ya 3,8% artaraq 1 barelə görə 77,23 dollar təşkil edib.
Fevralın 2-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,95 dollar artaraq 76,06 dollar təşkil edib.
Fond və neft bazarlarının investorları arasında dünya iqtisadiyyatının bərpası üzrə nikbinlik artmaqdadır ki, bu da kotirovkaların yüksəlməsi ilə nəticələnib.