Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Yasamal rayonunda Cəfərov Qardaşları küçəsi, ev 23 ünvanında yerləşən «Moskva ərzaqları» mağazasında, F.İbrahimbəyov küçəsi, 2 ünvanında «Bayram market»də, N.Nərimanov prospekti, ev 57/24 ünvanında Təranə Həsənovaya məxsus mağazada, ev 58 ünvanında «Halal market»də, H.Cavid küçəsi, ev 30, mənzil 32 ünvanında «Təbriz market»də, İ.Qutqaşınlı küçəsi, ev 1, mənzil 28 ünvanında Şaiq Baqiyevə məxsus mağazada, Səbail rayonunda M.Hüseyn küçəsi, ev 69 ünvanında «Home Tech market»də, ev 75 ünvanında «Ləziz market»də, ev 63 ünvanında Əhməd Rzayevə məxsus mağazada, ev 61 ünvanında İlqar Əliyevə məxsus mağazada, Şeyx Şamil küçəsi, ev 16 ünvanında «Aroma market»də, ev 4 ünvanında Vüqar Məmmədova məxsus mağazada, B.Sərdarov küçəsi, ev 12, mənzil 4 ünvanında «Biskvit market»də, B.Sərdarov küçəsi, ev 2, mənzil 14 ünvanında Böyükağa Hüseynova məxsus mağazada, həmçinin Nərimanov rayonunda M.Qaşqay küçəsi, ev 94 ünvanında yerləşən «Everest market»də ümumi çəkisi 380 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq məhsulları, o cümlədən kolbasa və qənnadı məmulatları, un məmulatları, yağlar, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, düyü, çay, ədviyyatlar və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.