«AZƏRBAYCAN DƏMİR YOLLARI» GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNƏ KEÇİB
Fevral ayının 4-dən 5-nə keçən gecə Azərbaycan ərazisində yağan güclü qar nəticəsində dəmir yolunda qatarların hərəkətində müəyyən fasilələr yaranıb

Bununla əlaqədar, respublika daxilində hərəkət edən sərnişin qatarlarının hərəkətinə surət məhdudiyyəti tətbiq olunub. Bu barədə «APA-ECONOMICS»ə «Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.

«Məhz bu səbəbdən sərnişin qatarlarının mənzil başına və geriyə hərəkətində müəyyən gecikmələr qeydə alınır. Belə ki, fevralın 5-də Şimal istiqamətində hərəkət edən 55-56 saylı Bakı-Moskva sərnişin qatarları saat 19:50-də, 373-374 saylı Bakı-Tümen qatarı saat 17:00-da cədvəl üzrə yola duşəcək, Tümen-Bakı qatarı isə cədvəl üzrə saat 18:37-də Bakıya gələcək», - deyə N.Əzməmmədov bildirib.

Buna baxmayaraq, yerli istiqamətdə hərəkət edən sərnişin qatarları Bakıdan cədvəl üzrə yola düşəcək.

Havaların kəskin pisləşməsi ilə bağlı «Azərbaycan Dəmir Yolları» QSC-nin kollektivi gücləndirilmiş iş rejiminə keçib, yolların qardan təmizlənməsi işləri aparılır.

Bu Xəbər 05.02.2010 - 12:21:44 Tarixində Əlavə Edilib və 489 Dəfə Oxunulub
Xəbəri Facebook'ta Paylaş  
Oxuyucu Şərhləri
Xəbərə Şərh Olunmamıştır...
Digər Xəbərlər
Meksikalı iş adamları Bakıda
Rusiyada kartofun qiyməti bahalaşır
İran Azərbaycandan aldığı qazın həcmini artıracaq
Bakıda torpaq sahələri ucuzlaşa bilər
Neftin bahalaşması davam edir
Saxlama müddəti ötmüş 512 kq ərzaq məhv edilib
Dünya bazarında ərzaq məhsulları 5% bahalaşıb
Taxtanın qiyməti qalxa bilər
Azərbaycan Rusiyaya satdığı qazın həcmini artıra bilər
Neft yenidən bahalaşıb
Azərbaycanın şimal-qərb rayonlarında unun qiyməti artıb
Rusiya taxıl ixracına qadağanı qismən aradan qaldırdı
Neftin ucuzlaşması davam edir
Meyvə-tərəvəz istehsalı azalıb
İran Ermənistana buğda ixrac edir
Ətdə artım olacaq
Neft yenidən bahalaşıb
Azərbaycan taxılını Qırğızıstandan alacaq
Bakıda bal yarmarkası açılacaq
Rusiyada qazanc çoxalıb
FOTO QALEREYA
Bütün Qalereyalar
Qızıldan maşınlar
Əlvida! Maykl
Haitidəki vəziyyət dəhşət saçır
 Copyright © 2009 Xəzər TV M.M.C. Bütün Hüquqları Qorunur
Günlük xəbərlərə abunə olmaq üçün :
E-mail: