Hazırda Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunmasına baxmayaraq, paytaxtın pərakəndə ticarət şəbəkəsində çörək və un məmulatlarının çatışmazlığı ilə bağlı heç bir problem qeydə alınmayıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib.
Onun sözlərinə görə, hazırda Bakı şəhərində fəaliyət göstərən çörək istehsalı müəssisələrində və sexlərdə kifayət qədər un və taxıl ehtiyatları mövcuddur: «Paytaxtın ticarət obyektlərində isə çörəyin çatışmazlığı ilə bağlı heç bir problem müşahidə olunmur».