Mərkəzi bankın məlumatına görə, əhalinin banklara qoyduğu əmanətlərin həcmi 22,5 faiz artıb. 2010-cu il yanvarın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4654,2 mln. manat təşkil edib. Bunun 2334,8 mln. manatı əhali tərəfindən yerləşdirilib. Depozitlərin 2319,3 mln. manatı isə qeyri-maliyyə təşkilatlarının payına düşür. Banklara əmanətlər əsasən xarici valyuta ilə qoyulub. Belə ki, 2010-cu il yanvarın 1-nə banklara qoyulan əmanətlərin 41,4 faizi manatla, 58,6 faizi isə xarici valyuta ilə cəlb edilib.