Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Bank olmayan kredit təşkilatları haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.
Sərəncama görə, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin qanuna uyğunlaşdırılmalı və bu barədə Azərbaycan Prezidentinə məlumat verilməlidir.
Nazirlər Kabineti həmçinin öz səlahiyyətləri daxilində “Bank olmayan kredit təşkilatları haqqında” qanundan irəli gələn digər məsələləri həll etməlidir.