Birləşmiş Ərəb Əmirliyinin Əl-Əyn şəhərində təşkil olunan beynəlxalq turnirdə millimiz son oyununu Çexiya kolektivinə qarşı keçirəcək. Üçüncülük uğrundakı görüşdə komandamızın əsas qapıçısı Kamran Ağayev iştirak etməyəcək. Anasının vəfatının ildönümü ilə əlaqədar vətənə qayıdan əlcək sahibini çərçivədə Fərhad Vəliyev əvəz edəcək. Artıq neçə vaxtdı zədədən əziyyət çəkən Rəşad Sadıqov da millinin düşərgəsindən ayrılaraq Bakıya qayıdıb. Zədə səbəbindən İraqla oyunda meydana çıxmayan Vaqif Cavadovun çexlərlə oyunda meydana çıxacağı ehtimal olunur.
Qeyd edək ki, sabah keçirələcək görüş Bakı vaxtı ilə 16:30-da başlayır. Turnirin finalında isə İraq yığması Birləşmiş Ərəb Əmirliyinin komandası ilə üz-üzə gələcək.