YIĞMAMIZ MEDALSIZ QALDI
Rusiyanın Krasnoyarsk şəhərində ilin ilk sərbəst güləş turniri keçirilib

İkiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunmuş yarışda Azərbaycan yığması da qüvvəsini sınayıb. Ölkəmizin idman şərəfini Yaşar Əliyev, Namiq Sevdimov (hər ikisi 55 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 60 kq), Emin Əzizov, Cəbrayıl Həsənov (hər ikisi 66 kq), Əşrəf Əliyev (74 kq), Novruz Temrezov (84 kq), Mehman İmanquliyev, Cəmaləddin Maqomedov (hər ikisi 96 kq) və Maksim Proxorov (120 kq) qoruyublar. İdmançı heyətinə baş məşqçi Saypulla Absaidov və məşqçi Aslan Ağayev rəhbərlik edib. Məşqçilər heyəti Azərbaycan Kubokunun nəticələrinə görə qurublar. Belə ki, 4 ildən bir keçirilən yarışda 1-2-ci yerləri tutmuş idmançılar yığmaya cəlb olunublar. Amma onların nəticələri elə də ürəkaçan olmayıb. Qısası, Azərbaycan yığması xatirə turnirində medalsız qalıb. İdmançılarımızdan çoxu elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıblar. Ən yaxşı nəticəni isə 96 kiloqramda güləşən Cəmaləddin Maqomedov göstərib. O, turniri 5-ci pillədə yekunlaşdırmağa müvəffəq olub. “Mini dünya çempionatında” Azərbaycanı hakimlər də təmsil ediblər. AGF-ın Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov və beynəlxalq dərəcəli hakim Fərəqət Cəlalov bir neçə görüşdə ədaləti təmsil ediblər.

Bu Xəbər 08.02.2010 - 18:40:55 Tarixində Əlavə Edilib və 233 Dəfə Oxunulub
Xəbəri Facebook'ta Paylaş  
Oxuyucu Şərhləri
Xəbərə Şərh Olunmamıştır...
Digər Xəbərlər
"Liverpul"un oyunçusu öz qapısına qol vurdu - VİDEO
Edqar Davids qıza əl qaldırdı
Rövnəq Abdullayev milli komandanın üzvləri ilə görüşüb
Millimiz almanlara qarşı mübarizəyə hazırlaşır
Güləşçimiz dünya çempionatında üçüncü oldu
"Bakı" ilə "Qarabağ" heç-heçə oynadı
Motosikletçi yarış zamanı öldü
Azərbaycan çempionatına pul qoyuluşu qadağan ediləcək
Əlil idmançı öz rekordunu təzələdi
İdmançımız Dünya çempionatında erməniyə qalib gəldi
İdmançımız Dünya çempionatında erməniyə qalib gəldi
"Qarabağ" bu gün "Bakı" ilə yoxlama oyunu keçirəcək
"Bakı" - "Anji" oyunu təxirə salındı
David Vilya tarixə düşmək istəyir
Millimiz bu gün Albaniya yığması ilə üz-üzə gələcək
Belarus Fransanı məğlub etdi
5 boksçumuzdan 4-ü medal qazanıb
5 boksçumuzdan 4-ü medal qazanıb
İsrail Maltanı məğlub etdi
Fransa - Belarus oyunu "Xəzər TV"də
FOTO QALEREYA
Bütün Qalereyalar
Maraqlı yaddaş kartları
Vulkan Belə Partladı
Bakıda terror
 Copyright © 2009 Xəzər TV M.M.C. Bütün Hüquqları Qorunur
Günlük xəbərlərə abunə olmaq üçün :
E-mail: