İlk sırada Şenol Günəşin baş məşqçisi olduğu “Trabzonspor”un futbolçusu Umut Bulut yer alır. Futbolçu 2010-cu ildə oynadığı 7 matçda rəqib qapılarına 9 dəfə yol tapıb. 2010-cu ilin 2-ci ən sərrast futbolçusu isə İngiltərənin “Mançester Yunayted” klubunun üzvü Ueyn Runi seçilib.
Runi bu il çıxdığı 6 qarşılaşmada 8 qola imza atıb.