Con Terri komanda yoldaşı ilə mübahisəyə girməsi üzündən millidə kapitanlıq sarğısını itirsə də, Karlo Ançelotti “Çelsi”dəki sarğını sahibində saxlamışdı. Mütəxəssis bu inamının qarşılığını lazımınca aldı. 8-ci dəqiqədə Terrinin künc zərbəsindən sonra zərbəqarışıq ötürməsini Droqba qapadı.
Az sonra Fabreqasın ötürməsi ilə Arşavin ideal vəziyyətdə Petr Çexə məğlub oldu. Bunu əvəzində Droqba rus futbolçuya əsl hücumçunun necə oynamalı olduğunu başa saldı. Kot Divuarlı futbolçu bu dəfə sol ayağı ilə qol vurdu.