VAKSİYASİYA OLAQ, YOXSA OLMAYAQ?
Tibb işçiləri məsələni müxtəlif şəkildə şərh edir

Donuz qripinə qarşı vaksinasiya mübahisəyə səbəb olub. Tibbçilərin bir qrupu əhalini vaksinasiyaya çağırır, digər qrupu isə bununla razılaşmır və əhalini ehtiyatlı olmağa səsləyir.

Səhiyyə nazirliyinin baş infeksionisti Namiq Əliyev hamilə qadınları, xərçəng və xroniki xəstəlik keçirmiş insanları vaksinasiyadan uzaq durmağı məsləhət görür.

Respublika Taun əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov deyir ki, immun sistemi zəif olan insanlar peyvənd olunmalıdır. Xususən də xroniki xəstəliklərə düçar olanlar. Onlar üçün peyvənd olunmamaq daha qorxuludur.

Hamilələrə gəldikdə isə bunu hamısına şamil etmək olmaz. Hamilə qadınlar hamiləliyin yalnız 3-cü ayından sonra vaksinasiyadan keçə bilər. Əks halda təhlükəli ola bilər.

Səhiyyə nazirliyinin baş infeksionisti Namiq Əliyev isə deyir ki, hamilə qadınlar vaksinlərdən istifadə edərsə bu əks göstərici ilə də nəticələnə bilər.

Baş infeksionist onu da bildirir ki, bəzi vaksinlər kimi donuz qripinə qarşı vurulanların də əks-təsiri ola bilər. Çünki insan orqanizmi istənilən maddəyə fərqli şəkildə reaksiya verir. Bununla belə vaksinin hansı şəxslərə vurulub-vurulmamasını istehsalçı firma özü bildirir. Ancaq seçim yenə əhalinin öz üzərinə düşür. Çünki vaksinasiya könüllü aparılır.

 

 

Bu Xəbər 22.01.2010 - 20:05:54 Tarixində Əlavə Edilib və 583 Dəfə Oxunulub
Xəbəri Facebook'ta Paylaş  
Oxuyucu Şərhləri
Xəbərə Şərh Olunmamıştır...
Digər Xəbərlər
Qəhvə və çay körpənin çəkisini azaldır
Sağlamlığımız üçün faydalı bitkilər
Virus xəstəliyi gəlir
Artıq çəkilərinizə son qoyun
Vişnə suyu yuxusuzluğu aradan qaldırır
Uşaqlarınız göbələk xəstəliyinə yoluxmasın
Dərinizi gəncləşdirin
"Donuz qripi" pandemiyası başa çatdı
Orucda susamamaq üçün nə etməli?
Təzyiqi olanlar duzdan az istifadə etsin
Moruq insulinlə zəngindir
Qarpız xərçəng xəstəliyindən qoruyur
Qırışlara qarşı krem insanı tez qocaldır
Hər gün alma yemək ömrü uzadır
1 qadın ildə 2,5 kiloqram kosmetika «udur»
Günə 1 siqaret də ölümü yaxınlaşdırır
Havanın hərarəti 40 dərəcə olacaq
Ermənilər işğal altında olan ərazilərimizi yandırıblar
Kofe yuxunu qaçırtmırmış
Dırnaq yeyənlərin diqqətinə!
FOTO QALEREYA
Bütün Qalereyalar
Bu da gənc Obama
Haitidə güclü zəlzələ baş verib
Photoshopun möcüzələri
 Copyright © 2009 Xəzər TV M.M.C. Bütün Hüquqları Qorunur
Günlük xəbərlərə abunə olmaq üçün :
E-mail: