Bütün dünyada böyük təşvişlə qarşılanan donuz qripi qalmaqala çevrilir.
Ümumdünya səhiyyə təşkilatının şok etirafı aləmi bir-birinə vurdu. Sən demə donuz qripi ortaya atılan yalançı qorxutma kampaniyasından başqa bir şey deyilmiş.
Virusun demək olar ki, tamamilə yox olması və xəstəliyin özünü göstərməməsi, təşkilatın sonda belə bir etiraf etməsinə gətirib çıxarıb.
İndi dünya ictimiyyəti maraqlandıran bir sual var. Bəs onda məhz ümumdünya Səhiyyə Təşkşlatının məsləti ilə milyardlarla dolların xərcləndiyi peyvənd kampaniyaları nəyə lazım idi.
Harvard Unişversitetinin araşdırması isə bu faktı təsdiqləyən bir nəticə orataya çıxarıb. Araşdırmalara əsasən donuz qripinin mövsümü qripdən heç bir fərqi olmadığı, ölüm riskinin isə daha aşağı olduğu məlum olub. Həmçinin aparılan peyvənd kampaniyasına da ehtiyac yox imiş.
Bundan başqa Avropa Şurası səhiyyə komissiyası da donuz qripinin fırıldaq bir kampaniya olub olmaması ilə bağlı geniş araşdırmalara start verilib.